“Volero” və “Novara” Bakıya gəlir

Avrokuboklarda mübarizəni davam etdirən qadınlardan ibarət voleybol komandalarımızın növbəti görüşlərinin keçiriləcəyi günlər dəqiq məlum olmuşdur.

Çempionlar Liqası turnirində ən yaxşı 12 kollektiv sırasına daxil olmuş “Lokomotiv” pley-off mərhələsində İsveçrənin “Volero” klubu ilə əvvəlcə fevralın 10-da Bakıda qarşılaşacaq. Sürixdə cavab görüşü isə fevralın 25-nə təyin olunmuşdur.

Avropa Voleybol Konfederasiyasının kuboku yarışındakı təmsilçimiz “Azəryol” da yarımfinal mərhələsinin ilk oyununda İtaliyanın “Novara” klubunu paytaxtımızda qəbul edəcək. Voleybol həvəskarları bu görüşü fevralın 11-də izləmək imkanı qazanacaqlar.   Rəqib meydanında cavab matçı fevralın 23-də oynanılacaq.

 


 

“6-cı Firdovsi open”in liderlər qrupunda

 

İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən “6-cı Firdovsi open” beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 180-ə qədər iştirakçı, o cümlədən həmyerlilərimiz Qədir Hüseynov, Azər Mirzəyev və Vüqar Rəsulov mübarizə aparırlar.

Turnirdə Azərbaycan şahmatçılarının rəqibləri İran, Fransa, Gürcüstan, Rusiya, Ukrayna və bir sıra başqa ölkələrin təmsilçiləridir.

İlk altı turda Hüseynov və Rəsulov 5, Mirzəyev isə 4 xal toplamışlar. Liderlər Pavel Maletin, Maksim Çiqayev (hər ikisi Rusiya) və Aleksandr Zubaryovun (Ukrayna)  5,5 xalı vardır.

Dünən yeddinci turun görüşləri oynanılmışdır.  İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan yarışa sabah yekun vurulacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında