“Arena Belqrad”da Avropa çempionatı başlandı

Serbiyanın paytaxtı Belqradda Serbiya–Sloveniya (“A” qrupu) və İspaniya–Macarıstan (“B” qrupu) görüşləri ilə futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilmişdir. Bu oyunlarda serblər 5:1, ispanlar isə 5:2 hesabı ilə qələbə qazanmışlar.

Azərbaycan millisi İtaliya və Çexiya yığmaları ilə birlikdə “D” qrupunda çıxış edir. Futzal ustalarımız ilk görüşü dünən Bakı vaxtı ilə gecəyarısı Avropa çempionları italyanlara qarşı keçirmişlər. Fevralın 5-də isə komandamızı çexlərlə oyun gözləyir.

Çempionat iştirakçıları hərəsində üç komanda olmaqla dörd qrupa bölünmüşlər. Qruplarda birinci-ikinci yerlərin sahibləri dörddəbir finalda Avropa çempionatının medalları uğrunda mübarizəni davam etdirəcəklər. Bu mərhələnin görüşləri fevralın 8-9-da oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında