Eltac Səfərli — festivalın üç qalibindən biri

Azərbaycan  şahmatçısı  Eltac  Səfərli Hollandiyanın  Veyk-an-Zee şəhərində  başa  çatmış 78-ci “Tata Steel Chess” beynəlxalq  şahmat  festivalının “B”  turnirində üç  qalibdən  biri olmuşdur. Sonuncu turda  qara  fiqurlarla  gürcüstanlı Nino Batsiaşvili üzərində qələbə  qazanan   qrossmeysterimiz 13  mümkün  xaldan 9 xal toplamışdır.

Hindistanlı Baskaran Adxiban  və  rusiyalı  Aleksey Dreyev də  Səfərli ilə  eyni  nəticə göstərmişlər. Əlavə  göstəricilərə görə, birinci yeri Adxiban  tutmuş,  Eltac ikinci  mükafatçı olmuş,  Dreyev  üçüncü yerlə  kifayətlənmişdir. Bu turnirdə iştirak etmiş  digər Azərbaycan  şahmatçısı  Nicat  Abbasov

(6,5  xal)  səkkizinci  nəticə  göstərmişdir.

“A”  turnirində isə  baş  mükafatı  norvevçli  Maqnus  Karlsen  qazanmışdır.  Dünya  çempionu 9  xal  toplamışdır. İkinci — üçüncü yerləri  qalibdən  bir  xal geri  qalan Fabiano  Karuana  (ABŞ)  və Din  Lijen (Çin)  tutmuşlar.  Azərbaycanlı  qrossmeyster  Şəhriyar  Məmmədyarov 6,5  xalla  çıxışlarını  turnir  cədvəlində  orta  mövqelərdə  başa  vurmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında