Çempionat “istirahətdən” qayıtdı

Topaz Premyer  Liqası  komandaları  qış  fasiləsindən  qayıdıb yeni  qüvvə ilə  mübarizəni  davam etdirməyə başlamışlar.  Üçüncü  dövrənin startı  ilk  növbədə  çempionatın ikinci  yarısına  Bakıda hazırlaşan klubların Türkiyədə  təlim-məşq  toplanışında olmuş  komandalar üzərində  qələbələri ilə  yadda  qalacaq.

“Kəpəz”in “Qəbələ”ni  böyük  hesabla  məğlubiyyətə  uğratması (3:0), AZAL-ın “Qarabağ”la  görüşdən  qalib  ayrılması (1:0) diqqəti  xüsusilə cəlb etmişdir.  Daha iki oyunda üstünlük  hazırlığı  paytaxtımızda  keçmiş  komandaların  tərəfində olmuşdur: “Neftçi” — “Sumqayıt” — 1:0, “Zirə” — “İnter” — 2:1.  “Xəzər-Lənkəran” —  “Rəvan”  görüşündə isə  rəqiblər  meydandan “dinc”  nəticə ilə  ayrılmışlar - 0:0.

On doqquzuncu tura  təsadüf  etmiş  bu oyunlardan sonra  turnir  cədvəlinə  başçılıq  edən  liderlər üçlüyündə  dəyişiklik  olmuşdur. İndi 38  xalla  cədvəldə birinci  mövqedə olan “Qarabağ”ın ən yaxın  izləyicisi ikinci pilləyə yüksələn “Zirə”dir — 32 xal. Üçüncü  yeri isə 30 xala malik “İnter” tutur. “Kəpəz” (29  xal), “Qəbələ” (28), “Neftçi” (27)  və AZAL-ın (25) liderlər qrupuna çox yaxın  olduqlarını  nəzərə  alsaq,  qarşıdakı  görüşlərdə  daha  gərgin  mübarizənin  şahidi ola bilərik.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında