“Antalya kuboku” – gələcəyə ümidi artıran layiqli mükafat

Azərbaycanın 21 yaşadək gənclərdən  ibarət  yığma  komandasının Türkiyədən “Antalya  kuboku”nu ölkəmizə  gətirməsini  bu  kollektivin  gələcək  uğurları yolunda xoş  əlamət hesab etmək  olar. Nəticələrin də göstərdiyi kimi, Yaşar Vahabzadənin yetirmələri fəxri  mükafatın  layiqli  sahibləridir.

Komanda keçirdiyi bütün dörd  görüşdə  müdafiədə  etibarlı, hücumda məhsuldar oyun  nümayiş etdirmişdir.  Futbolçularımız təkcə turnirin açılışı  günü ukraynalı yaşıdları ilə görüşdə  çətin  qələbə  qazanmışlar (2:1),  növbəti  turlarda isə  Səudiyyə  Ərəbistanı  komandasına 3:1, albanlara və  bəhreynli  rəqiblərinə 4:0  hesabı ilə  qalib  gələrək yüz faizli  nəticə ilə  kuboka  sahib olmuşlar.

İlin birinci ayında  qazanılmış “Antalya kuboku”,  şübhəsiz,  gənc  futbolçularımızı qarşıdakı  Avropa  çempionatının seçmə oyunlarına, o  cümlədən ötən  ilin  payızında  Bakıda üç cavabsız qolla  məğlubiyyətə  uğratdıqları Rusiya  komandası ilə görüşə  daha  böyük həvəslə  hazırlaşmağa  ruhlandıracaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında