Festival finişə yaxınlaşır

Hollandiyanın Veyk-an-Zee  şəhərində  keçirilən “Tata Steel Chess” beynəlxalq  şahmat  festivalının “A”  turniri  finişə  yaxınlaşır. İndi 14  məşhur  qrossmeysterin  mübarizəsində yalnız üç  turun görüşləri qalır.

Onuncu  turda  Şəhriyar Məmmədyarov çexiyalı  David Navara  ilə  qarşılaşmış  və 31-ci  gedişdə  heç-heçəyə  razılaşmışdır.  Hazırda 5  xala  malik  azərbaycanlı  qrossmeyster  turnir  cədvəlində  çinli İ.Vey ilə yeddi – səkkizinci  yerləri  bölüşdürür. Lider isə  əvvəlkitək norveçli  dünya  çempionu Maqnus Karlsendir – 7  xal. İkinci  pillədə olan Fabiano Karuana (İtaliya) ondan yarım xal geri qalır.

Dünən turnirdə istirahət günü  idi. Bu  gün  keçiriləcək 11-ci turda  Məmmədyarov ağ  fiqurlarla  Karuanaya qarşı oynayacaq. Şahmatçımızı sonrakı iki turda isə İ.Vey  və  Sergey Karyakin  (Rusiya) ilə  görüşlər gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında