“Lokomotiv” pley-offda, “Azəryol” finalın astanasında

Beynəlxalq idman meydanlarında qadın  voleybolçuların avrokuboklar uğrunda  mübarizədə  görüşləri ilə  zəngin olan  son günlərdə Çempionlar Liqasındakı üç təmsilçimizdən biri “Lokomotiv”,  Avropa Voleybol Konfederasiyasının kuboku turnirində isə “Azəryol” növbəti  uğurları ilə fəxri  mükafatlara aparan yolda  çıxışlarını davam etdirməyə  layiq olduqlarını  sübuta  yetirdilər.

Liqanın  qrup  mərhələsinin  sonuncu  turunda Kazanın “Dinamo”  komandasını  qəbul edən “Lokomotiv” rusiyalı  rəqibi  kimi vaxtından  əvvəl pley-off  mərhələsində oynamaq  hüququnu  özünə   təmin  etmişdi. Bu  səbəbdən də Azərbaycan  və Rusiya  voleybolçularının görüşü turnir  mövqeyi baxımından  prinsipial əhəmiyyət  kəsb  etməsə  də, meydan sahibləri birinci  dövrədə  Kazanda qeydə  alınmış məğlubiyyətin  əvəzini çıxmağı  bacardılar – 3:0.

İndi  “Dinamo” (15 xal) qrupun  qalibi, “Lokomotiv” (12)  isə ikinci  yerin  sahibi kimi Çempionlar Liqasının pley-off  mərhələsində  növbəti  qələbələrə  hazırlaşacaqlar. Bu  qrupda  digər klubumuz “Azərreyl” isə  Almaniyada  son oyunda “Ştutqart”a uduzaraq (0:3) cədvəldə sonuncu yerdə qalmışdır.

“Telekom” da qrupdan  çıxa bilmədi. Hərçənd  bu  komanda iki gün  əvvəl  Polşada “İmpel Vrotslav” ilə görüşdən qələbə ilə  ayrılmışdır (3:2). Qrupdan  növbəti  mərhələyə  vəsiqələri “Fənərbaxça” (Türkiyə) və polşalılar  qazanmışlar.

Nəhayət, “Azəryol” Avropa Voleybol Konfederasiyasının kuboku  turnirində dörddəbir  final səddini  uğurla  dəf  etmişdir. Bir həftə  əvvəl rəqib  meydanında  Polşanın “Muşina”  komandasına  gərgin  mübarizədən  sonra 2:3  hesabı ilə  uduzan Azərbaycan  voleybolçuları Bakıda cavab görüşündə  həmin uğursuzluğun  əvəzini  artıqlaması ilə   çıxaraq  (3:0) yarımfinalın  qapısını  inamla  açmışlar. Artıq  finalın  astanasında olan “Azəryol”  yarımfinalda  mübarizəni fevralda  davam etdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında