Antalyada dörd cavabsız qolla qələbə

Gənclərdən ibarət  yığma komandalar arasında Türkiyədə  keçirilən “Antalya  kuboku” turnirində dünən üçüncü  turun görüşləri  oynanılmışdır.

Azərbaycan  futbolçuları  Albaniya  komandası ilə  qarşılaşmışlar. Birinci  hissədə  hesab açılmamışdır. Fasilədən sonra  təşəbbüsə  tam  yiyələnən yığmamız dörd  cavabsız  top vuraraq  böyük hesabla qələbə  qazanmışdır – 4:0.

Bundan  əvvəlki iki görüşdə  Ukrayna  və Səudiyyə  Ərəbistanı  komandalarını da  müvafiq surətdə 2:1 və 3:0  hesabı ilə  məğlubiyyətə  uğradan  Azərbaycan  futbolçuları  üç  turdan  sonra xal ehtiyatlarını  9-a çatdırıb turnir  cədvəlində  özlərinin  lider  mövqeyini  daha  da möhkəmləndirmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında