Səkkiz turdan sonra ikinci mövqedə

Hollandiyanın Veyk-an-Zee şəhərində  keçirilən “Tata Steel Chess” beynəlxalq  şahmat  festivalının “B” turnirində bir günlük  istirahətdən sonra  rəqiblər yenidən mübarizəni  davam etdirməyə  başlamışlar.

Xəbər verdiyimitz  kimi,  bu yarışda  Azərbaycanın iki  təmsilçisi də  çıxış edir. Səkkiz  turdan sonra Eltac  Səfərli 6  xalla  turnir  cədvəlində ikinci  mövqedədir. Şahmatçımız  hindistanlı lider Başkaran Adxibandan yarım xal geri  qalır. Nicat Abbasovun isə  3  xalı  vardır.

Turnir 13 turdan  ibarətdir. Dünən  axşam doqquzuncu  turun  görüşləri keçirilmişdir.

 

Anand, Vaşye-Laqrav, Naydiç...

 

Cəbəllütariqdə ənənəvi beynəlxalq  şahmat festivalının  açılış  mərasimi olmuşdur. Proqrama bir sıra  başqa  yarışlarla yanaşı,  ən  güclülərin  çıxış etdiyi “Masters”  turniri  də  daxildir.

İsveçrə  sistemi üzrə  keçirilib 10  turdan ibarət olan  turnirdə 300-ə  qədər iştirakçı, o cümlədən 93  qrossmeyster  mübarizə aparır. Onların  arasında Azərbaycan yığma  komanadasının  üzvü Arkadi Naydiç  də  vardır. Turnirdə  həmçinin Vişvanatan Anand (Hindistan), Hikaru  Nakamura  (ABŞ),  Maksim Vaşye-Laqrav (Fransa), Dmitri Yakovenko (Rusiya)  kimi  məşhur  qrossmeysterlər çıxış edirlər.

Dünən  birinci turun  görüşləri  keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında