Qrossmeysterlər Moskvada görüşürlər

Bu gün Moskvada başlanacaq şahmat üzrə səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən beynəlxalq turnir iştirakçılarının tərkibi çox güclüdür. Yarışın mükafatları uğrunda on məşhur qrossmeyster, o cümlədən bizim Şəhriyar Məmmədyarov (2763) mübarizə aparacaqdır.
Azərbaycan şahmatının lideri bir dövrədən ibarət turnirdə Levon Aronyan (Ermənistan, 2801), rusiyalılar Vladimir Kramnik (2791), Aleksandr Qrişuk (2771) və SergeyKaryakin (2760), Pavel Elyanov (Ukrayna, 2742), Boris Gelfand (İsrail, 2741), Hikaru Nakamura (ABŞ, 2741), Aleksey Şirov (İspaniya, 2735) və Van Hao (Çin, 2727) ilə görüşəcəkdir.
Birinci tur bu gün, sonunucu, doqquzuncu "raund" isə noyabrın 14-də keçiriləcəkdir. Qrossmeysterlər noyabrın 9-da istirahət edəcəklər. Turlar Bakı vaxtı ilə saat 16-da başlanacaq.
Sayca beşinci dəfə keçiriləcək xatirə turnirinə yekun vurulduqdan dərhal sonra, noyabrın 16-18-də onun iştirakçıları və daha on rəqib sürətli şahmat üzrə dünya çempionatında mübarizəyə başlayacaq. Bu çempionatda Azərbaycanı Məmmədyarovla yanaşı daha iki qrossmeyster Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında