“Antalya Kuboku”nda ikinci qələbə

Ölkəmizin 21 yaşlı gənclərdən ibarət yığma komandasının futbolçuları Türkiyədə keçirilən “Antalya Kuboku” turnirində ardıcıl ikinci qələbə qazanmışlar.

İlk oyunda Ukrayna komandasına 2:1 hesabı ilə qalib gələn Yaşar Vahabzadənin yetirmələri bu dəfə Səudiyyə Ərəbistanından olan yaşıdları ilə qarşılaşmış və 3 xala üç cavabsız qolla sevinmişlər-3:0.

Bu qələbədən sonra 6 xala malik Azərbaycan komandası turnir cədvəlinə başçılıq edir. Futbolçularımız növbəti görüşü bu gün Albaniya yığmasına qarşı keçirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında