"Azərreyl" və "Uraloçka"

Bakı İdman Sarayında keçirilən qadın voleybol komandaları arasında beynəlxalq turnirin start turunda olduğu kimi ertəsi gün də Azərbaycan klubları iki qələbə qazanmışlar. "Azərreyl" ikinci turda "Zareçye Odinsovo"ya (Rusiya) elə bir çətinlik çəkmədən qalib gəlmişdir - 3:0. "Lokomotiv" də "Qalatasaray"ı (Türkiyə) üç hissədə məğlubiyyətə uğratmışdır. "Rabitə" isə gərgin mübarizə şəraitində davam edən oyunda "Uraloçka"ya (Rusiya) 2:3 hesabı ilə uduzmuşdur.
Beləliklə, ilk iki turdan sonra turnir cədvəlində hərəyə iki qələbə qazanan "Azərreyl" və "Uraloçka" liderlik etməyə başlamışlar. Dünən üçüncü turun görüşləri keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında