Eltac Səfərli liderlər qrupunda

Hollandiyanın Veyk-an-Zee şəhərində davam edən “Tata Steel Callengers” beynəlxalq şahmat turnirinin altıncı turundan sonra hər iki azərbaycanlı qrossmeyster oyun salonunu yarış sahiblərinin nümayəndələri üzərində qələbə ilə tərk etmişdir. Eltac Səfərli Anne Haasta, Nicat Abbasov isə Yorden van Forestə qalib gəlmişlər.

Bu turla turnirin birinci yarısı arxada qalmışdır. Altı görüşdə 4,5 xal toplayan Səfərli turnir cədvəlində üçüncü mövqedədir. İlk iki pillədə irəliləyən Başkaran Adxiban (Hindistan) və Aleksey Dreyev (Rusiya) hərəyə 5 xal toplamışlar. Abbasovun 2 xalı vardır.

On üç turdan ibarət turnirin ikinci yarısına dünən axşam keçirilən yeddinci raundun görüşləri ilə start verilmişdir.

 

Azərbaycanın xeyrinə 2:1

 

Ölkəmizin 21 yaşlı futbolçulardan ibarət yığma komandası Türkiyədə keçirilən “Antalya kuboku” turnirinə qələbə ilə başlamışdır. Yaşar Vahabzadənin yetirmələri ilk oyunda ukraynalı yaşıdlarını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışlar. Komandamızda hər iki qolun müəllifi Namiq Ələsgərov olmuşdur.

Azərbaycan futbolçuları növbəti oyunu bu gün Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcəklər. Yanvarın 26-da və 28-də isə yığmamız müvafiq surətdə Albaniya və Bəhreyn komandaları ilə qarşılaşacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında