Havanada ilk medalımızı Orxan Səfərov qazandı

Kuba paytaxtında keçirilən cüdo üzrə “Qran-pri” turnirinin startı Azərbaycanın tatami ustaları üçün uğurlu olmuşdur. Yarışın birinci günü Orxan Səfərov (60 kq) qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etmişdir.

Milli komandamızın üzvü ilk üç görüşdə Avstriya, Monqolustan və Böyük Britaniyadan olan rəqiblərinə qalib gəldikdən sonra yarımfinalda Braziliya təmsilçisinə uduzmuş, ancaq üçüncü yer uğrunda görüşdə Özbəkistan cüdoçusu üzərində qələbə qazanıb bürünc medala sevinmişdir.

Dünən Havana “Qran-pri”si növbəti çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir. Yarışın bütün qalib və mükafatçıları bu gün məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında