İdman işçilərinə daimi qayğının daha bir təzahürü

Bir sıra sahələrdə olduğu kimi, idman müəssisələrində çalışan işçilərin də əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı il  tarixli sərəncamı  idman işçilərinin həyat şəraitinin yaxşılaşdırılması yolunda növbəti addım  və bizə göstərilən daimi qayğının daha bir təzahürüdür.

İdman adamlarımız—istər məşhur  çempionlar və rekordçular, istərsə də görkəmli mütəxəssislər və sıravi bədən tərbiyəsi işçiləri daim  dövlətimizin qayğısını  öz üzərimizdə hiss edirik. Belə qayğı və diqqət isə hamımızı idmanımıza sədaqətlə, yorulmadan  xidmət etməyə  sövq edir.

Öz fəaliyyətində idmana  geniş diqqət yetirən, bu sahənin işçilərinə hərtərəfli köməyini heç vaxt əsirgəməyən  cənab İlham Əliyevin  mürəkkəb bir  dövrdə imzaladığı  sərəncam  istisnasız olaraq bütün idman işçiləri üçün əlavə stimuldur.

Azərbaycan vətəndaşlarının, o cümlədən idman  müəssisələrində çalışanların sosial müdafiəsi məsələlərinə daimi diqqət  göstərilir. Buna görə  dövlət başçımıza həmişə minnətdarıq və bundan sonra da  bütün idman təşkilatlarımız kimi,  “Zenit”  Bədən Tərbiyəsi-İdman Cəmiyyəti İctimai Birliyinin işçiləri də gündən-günə  öz tarixinə bir-birindən parlaq səhifələr yazan Azərbaycan idmanının yeni qələbələri naminə qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Fazil HADIBƏYOV,
“Zenit” Bədən Tərbiyəsi- İdman
Cəmiyyəti İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında