Kuba mətbuatı: Rüstəm Orucov, Elmar Qasımov...

Bu gün Havanada başlanacaq kişi və qadınlar arasında cüdo üzrə “Qran-pri”  turniri Kuba mətbuatının diqqət mərkəzindədir.  Ölkə Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı “Qranma” və gənclər nəşri “Xuventud Rebelde” gərgin mübarizə vəd edən görüşlər ərəfəsində turnirlə bağlı bir sıra məqalələr dərc etmişlər.

Həmin yazılarda verilən məlumata görə, üç gün (22-24 yanvar) davam edəcək “Qran-pri”də 69 ölkədən 428 cüdoçu çıxış edəcək. Turnirdə bir çox mahir tatami utası, Olimpiya və dünya çempionları, yüksək reytinqli cüdoçular yarışacaqlar.

Məqalələrdə bildirilir ki, medallar uğrunda mübarizədə  turnir sahiblərinin əsas rəqibləri Fransa, Azərbaycan, Rusiya, Braziliya, Monqolustan, ABŞ, Çin və Hollandiya təmsilçiləri olacaqlar. Bundan əlavə, “Xuventud Rebelde”  xüsusi qeyd etmişdir ki, yarışda  öz çəki dərəcələrində dünya reytinq cədvəlində birinci olan Azərbaycan cüdoçuları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) da iştirak edəcəklər.

Turnirin qalibləri 300, ikinci-üçüncü mükafatçılar isə müvafiq surətdə 180 və 120 reytinq xalları qazanacaqlar.

“Qran-pri”yə bu gün 48, 52,57 kq çəki dərəcələrində qadınların və 60, 66 kq çəkilərdə kişilərin görüşləri ilə start veriləcəkdir.

 

“Lokomotiv” vaxtından əvvəl növbəti mərhələdə

 

Bakının “Lokomotiv” klubunun voleybolçuları qadın komandaları arasında Çempionlar Liqası turnirinin pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanmışlar. Qrup mərhələsinin beşinci turunda “Azərreyl” üzərində qələbə (3:1) komandaya son turun nəticələrindən asılı olmayaraq “A” qrupunda ikinci yeri və növbəti mərhələdə mübarizəni davam etdirmək hüququnu təmin etmişdir.

Qrup yarışlarının finişində “Lokomotiv” Kazanın “Dinamo” komandasını qəbul edəcək. Ancaq bu oyun rəqiblər üçün elə bir prinsipial əhəmiyyət kəsb etməyəcək. Belə ki, ötən turda “Ştutqart”ı (Almaniya) 3:0  hesabı ilə məğlubiyyətə uğradan Rusiya voleybolçuları artıq bütün rəqibləri üçün əlçatmazdırlar və pley-off mərhələsinə qrupun  qalibi kimi vəsiqə qazanmışlar. “Azərreyl” və “Ştutqart” isə qrupda sonuncu yerlərlə kifayətlənməli olacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında