Xatirə turniri

Dünən Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 19-cu beynəlxalq turnirə start verilmişdir.

Milli Güləş Federasiyasının bu barədə yaydığı xəbərdə bildirilir ki, xatirə turnirinin iştirakçıları on çəki dərəcəsində qalib və mükafatçıları müyyənləşdirirlər.

Əvvəlki yarışlar kimi, bu turnir də usta güləşçilərin ehtiyat qüvvəsi olan yeniyetmələrin hazırlıq səviyyəsinin yüksəldilməsi, prespektivli güləşçilərin aşkara çıxarılması və bu növdə kütləviliyin  artırılması məqsədinə xidmət edir. Axı xalça üzərində keçirilən hər bir görüş iştirakçılara gərgin mübarizə şəraitində öz hazırlıqlarını yoxlamaq və təcrübələrini artırmaq imkanı verir.

 

“Təxti kuboku”nun
azərbaycanlı mükafatçıları

 

Ölkəmizin güləşçiləri İran İslam Respublikasının paytaxtı Tehranda keçirilmiş böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi  beynəlxalq turnirdə iki dəfə fəxri kürsüyə dəvət olunmuşlar.

Yarışların birinci günü yunan-Roma üsulu ilə güləşənlərin mübarizəsində Sakit Quliyev fərqlənmişdir.  İdmançımız

59 kq çəki dərəcəsində bürünc mükafatçı olmuşdur. Ertəsi gün isə sərbəst güləşənlərin turnirində Mircəlal Həsənzadə (57 kq) təbrikləri qəbul etmişdir. O da üçüncü yeri tutaraq bürünc medal qazanmışdır.

 

Havana tatami
ustalarını gözləyir

 

Yanvarın 22-də Havanada başlanacaq cüdo üzrə “Qran-pri” turniri Olimpiya ilinin startında bu növün ən yaxşı nümayəndələrinin hazırlıq səviyyəsinə ciddi baxışa çevriləcəkdir. İki gün davam edəcək reytinq xarakterli yarışda dünyanın bir çox ölkəsindən mahir tatami ustaları mübarizə aparacaqlar.

Kuba paytaxıtnda “Qran-pri”, şübhəsiz, Azərbaycan milli komandasının üzvləri üçün də faydalı olacaq. Turnirdə yığmamızı Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov

(73 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və daha bir neçə cüdoçu təmsil edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında