Azərbaycanla Küveyt arasında idman və gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır

Aprelin 16-da Gənclər və İdman Nazirliyində Azərbaycanla Küveyt arasında idman və gənclər sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır.
İmzalanma mərasimində Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzaf bildirmişdir ki, hər iki ölkə sazişdə nəzərdə tutulmuş məsələlərin icrasını tezliklə yerinə yetirmək arzusundadır. Ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayan qonaq ölkəmizdə hər sahədə sürətli inkişafın şahidi olduqlarını xüsusi vurğulamışdır. Gənclər və idman naziri Azad Rəhimov sənədin imzalanmasının gələcəkdə digər sahələrdə də əməkdaşlığa təkan verəcəyini demişdir.
Xatırladaq ki, aprelin 11-dən Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər aprelin 18-dək davam edəcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında