Avrokuboklarda yeni il sınaqları yaxınlaşır

Azərbaycanın ən yaxşı qadın voleybol klublarının yeni ildə avrokuboklarda ilk oyunlarına bir qədər də yaxınlaşmışıq.

Çempionlar Liqasındakı təmsilçilərimiz “Azərreyl” və “Lokomotiv” artıq yanvarın 19-da qrup mərhələsinin beşinci turunda bir-birinə rəqib olacaqlar. Voleybol həvəskarlarımız bundan iki gün sonra həmin turnir çərçivəsində daha bir oyunun şahidi olacaqlar. “Telekom”un Türkiyənin “Fənərbaxça” (İstanbul) komandası ilə görüşü onlara maraqlı və gərgin mübarizə vəd edir.

Avropa Voleybol Konfederasiyasının kuboku yarışlarında isə dörddəbir final mərhələsinin görüşləri start ərəfəsindədir. Bu  turnirdə ilk sədləri uğurla dəf edən “Azəryol” yanvarın 19-da Polşada “Muşina” komandasının  qonağı olacaq. Yanvarın 27-də isə rəqiblər Bakıda qarşılaşacaqlar. Fəxri mükafata doğru aparan yolun yarımfinal mərhələsində mübarizəni kimin davam etdirəcəyi də paytaxtımızda cavab görüşündən sonra məlum olacaq.

Bu arada Azərbaycan Superliqasında daha bir oyun olmuşdur. “Azərreyl” voleybolçuları “Gənclik” komandasına 3:0 hesabı ilə qalib gələrək, xal ehtiyatını 22-yə çatdırıb turnir cədvəlində lider mövqeyinə yüksəlmişlər. İkinci-üçüncü yerləri tutan “Telekom” və “Lokomotiv” müvafiq surətdə 20 və 16 xal toplamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında