Ənənəvi turnirin 78-ci startı

Hollandiyanın Veik-an-Zee şəhərində ənənəvi “Tata Steel Chess” beynəlxalq şahmat turniri  start ərəfəsindədir. Sayca 78-ci dəfə keçiriləcək yarışın mükafatları uğrunda 14 qrossmeyster mübarizə aparacaq.

Turnir işritakçıları arasında Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da vardır. Təmsilçimizin rəqibləri isə norveçli dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana (ABŞ), Aniş Giri (Hollandiya), Sergey Karyakin (Rusiya), David Navara (Çexiya), Pavel Elyanov (Ukrayna) və digər məşhur zəka sahibləridir.

Ş.Məmmədyarovla yanaşı, daha iki şahmatçımız Eltac Səfərli və Nicat Abbasov da bu günlər Hollandiyanın qonağı olacaqlar. Onlar “Tata Steel Challengers” turnirində iştirak edəcəklər. Bu yarış da 13  turdan ibarətdir. Ənənəvi turnirlər yanvarın 16-da başlanıb 31 -də finişə çatacaq.

“Zanbaqlar ölkəsi”ndə ilk görüşlərin oynanılacağını gözləyərkən Azərbaycan şahmat məktəbinin digər yetirməsi Kənan İzzətin Melburnda Avstraliyanın açıq çempionatında uğurla çıxış edərək çempion adını qazandığını da fərəhlə qeyd edək. Onun həmvətəni Bəhruz Rzayev isə Praqa beynəlxalq festivalının “A” turnirində mübarizənin başa çatmasına iki tur qalmış 5,5 xalla liderlər qrupundadır və turnir cədvəlinə başçılıq edən türkiyəli Yekaterina Atalıkdan yarım xal geri qalır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında