İdman

Əvvəlcə italyanlarla, sonra da çexlərlə

 

Fevralın birinci yarısında Belqradda keçiriləcək futzal üzrə Avropa çempionatının final turnirinə hazırlıq həlledici mərhələyə qədəm qoymuşdur. Bu günlər Azərbaycan milli komandası da çempionata hazırlığı səylə davam etdirir.

Serbiya paytaxtında yığmamız ilkin mərhələdə İtaliya və Çexiya komandaları ilə birlikdə “D” qrupunda çıxış edəcəkdir. Azərbaycanın futzal ustaları turnirə fevralın 3-də İtaliya komandasına qarşı oyunla başlayacaq, bundan iki gün sonra isə çexiyalı rəqibləri ilə görüşəcəklər. Qrup sınaqlarına fevralın 7-də Çexiya-İtaliya görüşü ilə yekun vurulacaq.

Belqradda qitə birinciliyi fevralın 2-də başlayıb 13-də finişə çatacaq. Hər qrupdan ən yaxşı iki komanda dörddəbir finalda mübarizəni davam etdirəcək.

 

Yeni ilin ilk reytinq cədvəli

 

Beynəlxalq Triatlon İttifaqı 2016-cı  ildə idmanın bu növü üzrə ilk reytinq cədvəlini dərc etdirmişdir.

Siyahıda 646 triatlonçunun göstəriciləri qeyd olunmuşdur. Azərbaycan yığma komandasının üzvü Rostislav Pevtsov cədvəldə 23-cü mövqedədir. Lider isə ispaniyalı Xavyer Qomesdir.

Xatırladaq ki, ölkəmizin yığma komandasının llideri Pevtsov “Bakı-2015” birinci Avropa Oyunlarında uğurla çıxış edərək bürünc medal qazanmışdır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında