İdman xəbərləri

Komanda hesabında da Azərbaycan!
Artıq xəbər verildiyi kimi, 8-18 yaşlı oğlan və qızlar arasında Yunanıstanda keçirilmiş dünya çempionatının bağlanış mərasimində Azərbaycan şahmat məktəbinin gənc yetirmələrinə 3 qızıl medal təqdim olunmuşdur. Bu yüksək mükafatları 8 yaşlı oğlanlar qrupunda Abdulla Qədimbəyli, 14 yaşlıların turnirində Kənan İzzət və 18 yaşlı qızların yarışında Nərmin Kazımova qazanmışlar.
İndi isə məlum olmuşdur ki, Azərbaycan yığması komanda hesabında da 86 ölkə arasında birinci yeri tutmuşdur. İkinci yerə Çin şahmatçıları çıxmış (2 qızıl mükafat), üçüncü yerə isə ABŞ komandası ( 1 qızıl, 2 gümüş medal) sahib olmuşdur.
Göründüyü kimi, gənc həmvətənlərimiz Yunanıstanda böyük müvəffəqiyyət qazanmışlar. Üç qızıl medal və komanda hesabında birinci yer bir daha sübut edir ki, Azərbaycan şahmat məktəbində məşhur qrossmeysterlərimizə layiqli ehtiyat qüvvə yetişir.

{nl}

"Qran-Pri"də bürünc medal
Aliyə Qarayeva Berlində keçirilən bədii gimnastika üzrə "Qran-Pri" yarışlarında bürünc medal qazanmışdır. Bu mükafata o, topla hərəkətlərin icrasında sahib olmuşdur.
Azərbaycan gimnastının "bürünc" müvəffəqiyyəti haqqında xəbəri ölkə idman ictimaiyyətinin diqqətinə çatdıran azerisport-un yaydığı bu xəbərdə həmçinin bildirilir ki, həmin təmrində ilk iki yeri rusiyalılar Yevgeniya Kanayeva və Darya Kondakova tutmuşlar.

{nl}

Məmmədyarov səkkizinci mövqedədir
Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini dərc etdirmişdir. Noyabrın 1-nə olan vəziyyətə görə Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov əvvəlkitək birinci onluqdadır. Qrossmeysterimiz 2763 xalla siyahıda səkkizinci yeri tutur və yeddinci pillədə olan ukraynalı Vasili İvançukdan cəmi 1 xal geri qalır.
Teymur Rəcəbov (2744 xal) cədvəldə 12-ci, Vüqar Həşimov (2733) 17-ci, Rauf Məmmədov (2660) 83-cü yerdədirlər.
Dünyanın ən yaxşı 100 şahmatçısının siyahısına 2804 xalla hindistanlı Vişvanatan Anand başçılıq edir. İkinci yeri norveçli Maqnus Karlsen tutur - 2802 xal.

{nl}

Eltac Səfərli: Beş görüşdə 4,5 xal
Azərbaycan şahmatçısı Eltac Səfərli Sankt-Peterburqda Mixail Çiqorinin xatirəsinə həsr edilən beynəlxalq turnirdə uğurla çıxış edir. İlk üç oyunda 2,5 xal toplayan həmyerlimiz növbəti iki görüşdə erməni Davit Petrosyanla rusiyalı Sergey İskusnıxı da məğlubiyyətə uğradaraq xal ehtiyatını 4,5-ə çatdırmış və liderlər qrupunda öz mövqeyini möhkəmləndirmişdir.
Beş turdan sonra turnir cədvəlinin birinci pilləsində irəliləyən İvan Sokolov (Bosniya və Herseqovina) yüzfaizli nəticə göstərmişdir. Dünən keçirilən altıncı turda Səfərli Aleksey Fyodorovla (Belarus) görüşmüşdür.

{nl}

Universiadanın azərbaycanlı mükafatçıları
Azərbaycan idmançıları Türkiyədə keçirilmiş türk xalqlarının Universiadasında 4 medal - 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanmışlar.
Şahmatçıların turnirində komandamız birinci olmuş, stolüstü tennis yarışlarında qızlar ikinci, oğlanlar isə üçüncü yerləri tutmuşlar. Qızlardan ibarət voleybol komandası da üçüncü nəticə göstərmişdir.

{nl}

Birinci dövrədə finişə birinci "Neftçi" çatdı
Premyer liqa klubları oktyabrın soyuq və yağışlı son iki günündə 11-ci turun görüşlərini oynayıb milli çempionatımızın təsnifat mərhələsində yolu yarı etmişlər. Turnir cədvəlinin ilk iki pilləsində irəliləyən liderlər növbəti qələbə qazanaraq daha üç xala sevinmişlər. Turun mərkəzi görüşlərində "Neftçi" futbolçuları "Bakı"nı iki cavabsız topla məğlubiyyətə uğratmışlar - 2:0, "Xəzər-Lənkəran" isə səfərdə "Qarabağ"a yeganə qolla qalib gəlmişdir - 1:0.
Qalan oyunların nəticələri: "Turan" - MOİK-2:0 (Tovuz klubunun çempionatda ilk qələbəsi ona turnir cədvəlində iki pillə irəliləyib 10-cu mövqeyə yüksəlmək imkanı vermişdir), AZAL - "Muğan" - 2:0, "Gəncə" - "Qəbələ" - 0:0, "Simurq" - "İnter" - 0:1.
Bütün bu nəticələr cədvəldə öz əksini tapdıqdan sonra məlum olmuşdur ki, rəqiblər birinci dövrəni aşağıdakı göstəricilərlə başa vurmuşlar.
O Q H M T X
1. "Neftçi" 11 8 2 1 25-6 26
2. "Xəzər-Lənkəran" 11 7 3 1 13-5 24
3. "İnter" 11 7 1 3 9-8 22
4. AZAL 11 6 3 2 16-6 21
5. "Qarabağ" 11 5 3 3 12-7 18
6. "Qəbələ"" 11 4 3 4 8-7 15
7. "Gəncə" 11 3 6 2 17-15 15
8. "Bakı" 11 3 3 5 12-15 12
9. "Muğan" 11 2 4 5 6-11 10
10. "Turan" 11 1 4 6 9-17 7
11. "Simurq 11 1 3 7 9-19 6
12. MOİK 11 1 1 9 4-24 4
Növbəti, 12-ci turun görüşləri noyabrın 6-da keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında