Azərbaycan şahmatçıları Praqa və Cəbəllütariq festivallarında

Çex Respublikasının paytaxtında  ölkəmiz Bəhruz Rzayevlə (2400) təmsil olunur. O, reytinqə görə 184 iştirakçının  siyahısında onüçüncüdür.

Bir neçə yarışı özündə birləşdirən Praqa festivalının “A” turniri İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Turnirdə  birinci turun görüşləri dünən axşam keçirilmişdir.

Daha bir təmsilçimiz Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç isə  Cəbəllütariqə səfərə hazırlaşır. Qrossmeyster tezliklə orada starta çıxacaq ənənəvi festivalın proqramında ən mötəbər yarış hesab edilən “Masters” turnirində oynayacaq.

Qarşıdakı yarışın mükafatları uğrunda  bu günlərdə İsveçrənin  Bazel şəhərində beynəlxalq turnirin  qalibi olmuş Naydiçlə yanaşı, keçmiş dünya çempionu Vişvanatan  Anand ( Hindistan ), fransız Maksim Vaşye- Laqrav, ABŞ təmsilçisi  Hikaru Nakamura, qadınlar arasında dünya çempionu Mariya Muzıçuk ( Ukrayna) kimi məşhur şahmatçılar mübarizə aparacaqlar.

Ümumiyyətlə, 249 rəqibin, o cümlədən 93 qrossmeysterin çıxış edəcəyi Cəbəllütariq  festivalının “A” turnirinə yanvarın 26-da start  veriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında