Taekvondoçular üçün çətin sınaq

Yanvarın 16-17-də Türkiyənin İstanbul şəhərində  keçiriləcək Rio-de-Janeyro Olimpiadası  2016-ya lisenziya  xarakterli  taekvondo  turniri  bu yarışın  bütün  iştirakçıları üçün çox ciddi  sınaq olacaq. Avropa  təsnifat turnirində öz  çəki  dərəcələrində finala çıxacaq  iştirakçılar Olimpiya oyunlarına  lisenziya  qazanacaqlar.

İstanbul turnirində ölkəmizi üç  idmançı  təmsil  edəcək.  Bunlar Patimat Abakarova (49 kq), Fəridə  Əzizova (67 kq) və Milad Beigi Hərçəqanidir (80 kq).

Xatırladaq ki,  taekvondoda XXXI Yay  Olimpiya Oyunlarına artıq  bir  vəsiqəmiz var. Ötən il dünya  çempionu  olmuş,  birinci  Avropa  Oyunlarının  da  qızıl medalını  qazanmış Radik İsayev (+87 kq) bu növdə  Azərbaycana  ilk  lisenziyanı  təmin etmişdir. İndi növbə onun  komanda yoldaşlarınındır.

 


 

Sankt-Peterburqda  ilk  qələbəmiz

 

Azərbaycanın 17 yaşadək  futbolçulardan ibarət yığma  komandası  Rusiyanın Sankt-Peterburq şəhərində  FİFA-nın  birinci  vitse-prezidenti olmuş Valentin Qranatkinin  xatirəsinə  həsr edilən ənənəvi beynəlxalq  turnirdə ilk  qələbəsini  qazanmışdır. Startda Latviya yığması ilə  heç-heçə (1:1) oynayan  Təbriz  Həsənovun  yetirmələri  ikinci  görüşdə bolqarıstanlı yaşıdlarını  iki cavabsız qolla  məğlubiyyətə  uğratmışlar – 2:0.

Bu  rəqiblərin  çıxış  etdikləri “C” qrupunda ikinci turun  digər  oyununda Latviya  və  Sloveniya  futbolçuları  bir-birlərinin  müqavimətini  qıra bilməmişlər – 1:1. İki  turdan sonra  turnir  cədvəlində  ilk iki yeri  tutan  Azərbaycan  və Sloveniya  komandalarının  hərəyə 4  xalı vardır. Latviyalı  yeniyetmələr 2 xal  qazanmışlar,  bolqarlar isə hər iki görüşdə  uduzmuşlar.

Üçüncü  turun oyunları  bu gün  keçiriləcəkdir. Azərbaycan  futbolçuları qrupun  qalibi  adı  uğrunda  mübarizədə  hər iki rəqib üçün prinsipial əhəmiyyətə  malik görüşdə  Sloveniya  komandası ilə  qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında