Yeniyetmə futbolçuların ənənəvi turniri

Rusiyanın Sankt-Peterbuq şəhərində 17 yaşlı və daha gənc futbolçulardan ibarət yığma komandalar arasında Valentin Qranatkinin xatirəsinə həsr edilən beynəlxalq turnir keçirilir. Artıq ənənəyə çevrilən və hər il yanvarın əvvəlində təşkil edilən bu yarış sayca 38-cidir.

Azərbaycan futbolçuları ilkin mərhələdə Latviya, Bolqarıstan və Sloveniya komandaları ilə birlikdə “C” qrupunda çıxış edirlər. Birinci turda həmvətənlərimiz latviyalı yaşıdları ilə heç-heçə oynamışlar-1:1. Sloveniyalı yeniyetmələr isə bolqarlar üzərində böyük hesabla qələbə qazanmışlar-4:1.

Dünən axşam ikinci turun oyunları keçirilmişdir. Azərbaycan komandası bu dəfə Bolqarıstan yığması ilə görüşmüşdür. Futbolçularımız qrup turnirinə sabah sloveniyalı rəqiblərinə qarşı görüşlə yekun vuracaqlar. Xatirə turnirinin qalibi yanvarın 13-də məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında