Bazeldə baş mükafat, Melburnda 5-dən 5!

Azərbaycan şahmatçıları yeni ildə beynəlxalq yarışlarda mükafatlarının hesabını açmışlar. Milli komandamızın üzvü Arkadi Naydiç İsveçrənin Bazel şəhərində yenicə başa çatmış “Masters” turnirində bütün rəqiblərindən yaxşı nəticə göstərmişdir.

Təmsilçimiz finişdə serbiyalı Mixaylo Stoyanoviçlə heç-heçə oynayaraq yeddi turdan ibarət yarışda 5,5 xal toplamışdır. İkinci yeri tutan fransalı A.Demyut qalib qrossmeysterdən yarım xal geri qalmışdır.

Daha bir şahmatçımız Kənan İzzət isə bu günlər Avstraliyanın Melburn şəhərinin qonağıdır. Həmin şəhərin şahmat klubunun 150 illiyinə həsr olunmuş Avstraliyanın açıq çempionatının mükafatları uğrunda 34 rəqib mübarizə aparır. On bir turdan ibarət yarışın birinci yarısında Kənan yüzfaizli nəticə göstərmişdir.

Şahmatçımız keçirdiyi beş görüşün hamısında qələbə qazanaraq 5 xal toplamışdır. İkinci-üçüncü mövqelərdə olan Luke Li (Yeni Zelandiya) və Karl Zelesko (Avstraliya) liderdən yarım xal geri qalırlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında