Beynəlxalq turnirdə ardıcıl qələbələr

Ölkəmizin şahmat üzrə yığma komandasının üzvü qrossmeyster Arkadi Naydiç bu günlər İsveçrədə keçirilən beynəlxalq  turnirə inamla  başalayaraq ardıcıl dörd görüşdə qələbə qazanmışdır.

Yüzdən çox qəribin mübarizə apardığı ənənəvi yarışda Naydiçlə yanaşı fransız Kristian Bauer və almaniyalı Vitali Kunin də itkisiz irəliləyərək 4 mümkün xaldan hərəyə 4 xal toplamışlar.

Azərbaycan şahmat məktəbinin daha bir qrup yetirməsi isə 2015-ci ili Birləşmiş Ərəb Əmirliklərində finişə yaxınlaşan  “Al Ain Classik” beynəlxalq turniri ilə başa vurur. Bu yarışda həmvətənlərimiz arasında daha yaxşı çıxış edən Ülvi Bacarani və Zaur Məmmədov yeddi turdan sonra 4 xal toplamışlar. Turnirin lideri isə 6,5 xala malik çinli qrossmeyster Van Haodur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında