90-ı qızıl olmaqla 328 medal

Azərbaycan güləşçiləri 2015-ci ilə yüksək  nailiyyətlər və əla əhval-ruhiyyə ilə yekun vurmuşlar. Başa çatmaqda olan ildə sərbəst və yunan-Roma güləşi ustaları, qadın güləşçilər beynəlalq meydanda ölkəmizə üst-üstə 328 medal – 90 qızıl, 89 gümüş və 149 bürünc mükafat qazandırmışlar.

Təmsilçilərimiz medallardan 82-nə Avropa, dünya çempionatlarında və birinciliklərində nail olmuşlar. Bu yarışlarda onlar 25 qızıl, 17  gümüş və 40 bürünc mükafatın sevincini yaşamışlar.

Güləşçilərimiz tarixdə ilk dəfə keçirilən və Bakıda möhtəşəm gənclik və idman  bayramına çevrilən Avropa Oyunlarında da onlara bəslənilən ümidi doğruldaraq 15 medala – 6 qızıl, 2  gümüş, 7 bürünc mükafata sahib olmuşlar.

Əgər Azərbaycanın güləş ustalarının 2016-cı il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına artıq 11 lisenziya qazandıqlarını da xatırlasaq, həqiqətən, 2015-ci il bu növün nümayəndələri üçün çox uğurlu olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında