Olimpiyaqabağı ildə qüvvələrə son baxış

Bu günlər Azərbaycan güləşçiləri 2015-ci ilə yekun vururlar. Dekabrın 25-də Bakı İdman Sarayında starta çıxıb bu axşam finişə çatacaq böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı olimpiyaqabağı  ildə qüvvələrə son  baxışdır.

Paytaxtımızın idman həvəskarları üç gün ərzində medallar uğrunda gərgin mübarizənin gedişini izləmək imkanı qazanmışlar. Hər iki turnirdə qalib və mükafatçılar səkkiz çəki dərəcəsində müəyyənləşir. Çempionatda ilk üç yeri tutan güləşçilər ölkə yığma komandaları heyətinə cəlb olunacaqlar.

Əlbəttə, belə bir perspektiv istər “sərbəstləri”, istərsə də “klassikləri” ilin  finişində özlərini ən yaxşı cəhətdən göstərməyə, görüşlərdən mümkün qədər çox fayda götürməyə ruhlandırmaya bilməz. Axı yığma komandada hər bir məşq əsl ustalıq dərsidir.

Ölkə çempionatı sərbəst güləşənlərin görüşləri ilə başlanmış və yarışın birinci günü beş çəki dərəcəsində medallar öz sahiblərini tapmışdır. Qızıl mükafatları Mahir Əmiraslanov (57 kq), Cahid Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq) və Cəbrayıl Həsənov (74 kq) qazanmışlar.

Çempionat dünən digər çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir. Dünən, həmçinin yunan-Roma üsulu ilə güləşənlərin turnirinə start verilmişdir.

Burada onu da  qeyd etmək yerinə düşər ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin mütəxəssisləri  2015-ci ildə ölkənin ən yaxşı on idmançısını müəyyənləşdirmişlər və ilin qaliblərindən dördü güləş ustaları Mariya Stadnik, Rəsul Çunayev, Hacı Əliyev və Toğrul Əsgərovdur. 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında