Şəhriyar MƏMMƏDYAROV: ağlarla qələbə, qaralarla heç-heçə

“Qatar Masters Open-2015” mötəbər beynəlxalq şahmat turnirində beşinci turun görüşləri ilə çətin yarış məsafəsinin birinci yarısı arxada qalmış və qrossmeysterlər bir günlük istirahətə çıxmışlar. Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov fasiləni yaxşı əhval-ruhiyyə ilə, turnir cədvəlinə təktənha başçılıq edən norveçli dünya çempionu Maqnus Karlsenin yarım addımlığında qarşılamışdır.

Qrossmeysterimiz turnirdə keçirdiyi beş oyundan üçündə rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmiş, iki görüşdən isə heç-heçə ilə ayrılmışdır. Məmmədyarov ukraynalı Natalya Jukovaya, ABŞ təmsilçisi Aleksandr Lendermana və Denis Xismatullinə (Rusiya) ağ fuqurlarla qalib gəlmiş, sinqapurlu Çjan Çjun və rusiyalı Daniil Dubova qarşı “dinc” nəticə ilə başa çatan görüşlərdə isə qaralarla oynamışdır.

Nəticədə, Şəhriyar Qətərin paytaxtı Doha şəhərində keçirilən və təşkilatçıların 130 min dollar məbləğində mükafat fondu təsis etdikləri (qalib 27 min dollar qazanacaq) turnirin birinci yarısında 5 mümkün xaldan 4 xal toplamışdır. Aniş Giri (Hollandiya), Uesli So (ABŞ), Sergey Karyakin, Vladimir Kramnik (hər ikisi Rusiya), Darius Sverç (Polşa), Yu Yanyi (Çin) və Surya Qanquli də (Hindistan) onunla eyni nəticə göstərmişlər. Vahid lider Karlsen isə 4,5 xal toplamışdır.

Dünən turnirdə istirahət günü idi. Doqquz turdan ibarət yarışın bu günə təyin edilmiş altıncı raundunda Məmmədyarov qaralarla Kramnikə qarşı oynayacaq. Uesli So-Karlsenin görüşü də maraqla gözlənilir. “Qatar Masters Open”in qalib və mükafatçıları dekabrın 29-da məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında