Medallara doğru daha bir inamlı addım

Azərbaycan şahmat məktəbinin gənc yetirmələri Nərmin Kazımova, Kənan İzzət və Abdulla Qədimbəyli Yunanıstanın Halkidiki şəhərində keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinin sonuncudan əvvəlki, onuncu turunda medallara doğru daha bir inamlı addım atmışlar. Bu turdan sonra onların hətta çempion olmaq imkanları da yüksəkdir.
Dünya çempionatında ən mötəbər yarış hesab edilən 18 yaşlı qızların turnirində Nərmin Kazımova ötən turda qaralarla ukraynalı rəqib üzərində qələbə sayəsində xal ehtiyatını 8,5-ə çatdıraraq özünün vahid lider mövqeyini qoruyub saxlamışdır. İkinci yeri tutan perulu Deysi Cori şahmatçımızdan yarım xal geri qalır, üçüncü-dördüncü yerləri bölüşdürən Gürcüstan və Hindistan təmsilçiləri isə 7,5 xal toplamışlar.
On dörd yaşlı oğlanların dünya birinciliyində Kənan İzzət onuncu turda yarım xalla kifayətlənsə də, o da turnir cədvəlinə tək-tənha başçılıq edir. Finiş ərəfəsində 8 xala malik Azərbaycan şahmatçısı ikinci- səkkizinci yerləri bölüşdürən iştirakıçıları yarım xal qabaqlayır. Dünən axşam keçirilən sonuncu turda israilli Avital Borusovski ilə görüşdə qələbə təqdirində Kənanın qızıl medal qazanmasına heç nə mane ola bilməyəcəkdi.
Səkkiz yaşlı oğlanların turnirində isə Abdulla Qədimbəyli medal sevinci yaşamağa çox yaxındır. Onuncu turda bolqarıstanlı Matey Petkovu qara fiqurlarla məğlubiyyətə uğradan həmyerlimiz finiş ərəfəsində 8,5 xalla ikinci mövqedədir. Abdulla onunla eyni nəticə göstərən ukraynalı lider Kirill Şevçenkodan yalnız əlavə göstəricilərə görə geri qalır. Üçüncü-dördüncü yerləri bölüşdürən şahmatçıların isə 8 xalı vardır. Sonuncu turda Qədimbəylini Vyetnam təmsilçisi ilə görüş gözləyirdi.
Bundan əlavə, Zeynəb İsmayılzadə 8 yaşlı qızların yarışında 7,5 xalla dördüncü, Ülviyyə Fətəliyeva isə həmin göstərici ilə 14 yaşlıların rəqabətində yeddinci pillədə idilər. Onlar da dünya çempionatını mükafatçılar sırasında başa vurmaq imkanını hələ itirməmişdilər. Bir sözlə, dünənki görüşlərin nəticələrindən çox şey asılı idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında