49-cu gedişdə Məmmədyarovun xeyrinə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Qətərin paytaxtı Doha şəhərində keçirilən mötəbər beynəlxalq turnirə qələbə ilə başlamışdır. Qrossmeysterimiz ilk görüşdə ikiqat Avropa çempionu ukraynalı Natalya Jukova ilə qarşılaşmış və 49-cu gedişdə rəqibinin məğlubiyyətlə barışmağa məcbur etmişdir.

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan bu yarışda 132 iştirakçı, o cümlədən dünya çempionu norveçli Maqnus Karlsen başda olmaqla 89 qrossmeyster mübarizə aparır. Start turunun ən gözlənilməz nəticələrindən biri Karlsenin gürcüstanlı Nino Batsiaşviliyə qarşı ağlarla oynadığı görüşdə heç-heçə ilə kifayətlənməsi olmuşdur.

Dünən Bakı vaxtı ilə saat 17-də başlanan ikinci turda Məmmədyarov sinqapurlu Jonq Janq ilə görüşmüşdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında