“Azəryol” mübarizəni davam etdirir

Bakının “Azəryol” klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyası kuboku yarışlarının dörddəbir  final mərhələsində yoluna davam edəcək.

Azərbaycan voleybolçuları bu hüququ səkkizdəbir finalda Finlandiyanın “Salo” komandası üzərində iki qələbə ilə qazanmışlar. Finlandiyada ilk oyunda meydan sahiblərinə elə bir çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gələn “Azəryol” Bakıda cavab görüşündə də pərəstişkarlarını  sevindirmişdir. Lakin bu dəfə mübarizə daha gərgin keçmiş və komandamız oyunun taleyini yalnız beşinci hissədə öz xeyrinə həll edə bilmişdir-3:2.

İndi qarşıda dörddəbir final görüşləri durur. Bu mərhələdə rəqibimiz Polşanın “Muşina” klubu olacaq. Polyaklar səkkizdəbir finalda iki oyunun yekununda Sloveniyanın Maribor şəhərinin “Nova Branik” komandasından güclü olmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında