Bakıda taekvondo üzrə komandalararası Avropa Kuboku yarışlarınıın təntənəli açılış mərasimi

Oktyabrın 30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində komandalararası taekvondo üzrə Avropa Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Atanasios Proqalos, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz İsmayılzadə və digər rəsmi şəxslər iştirak etmişlər.
On iki ölkə təmsilçilərinin zala daxil olmasından və taekvondo himninin səsləndirilməsindən sonra rəsmi hissə başlamışdır.
Kəmaləddin Heydərov Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənə halı aldığını və respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayaraq demişdir: "Neçə gündür ki, dünya idman ictimaiyyətinin diqqəti Bakıya yönəlmişdir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu da dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğının əyani sübutudur. İnanıram ki, bu yarışda idmançılar əzmkarlıq nümayiş etdirəcəklər. Belə mötəbər yarışların ölkəmizdə təşkilinə etimad göstərdiyi üçün ETU prezidentinə təşəkkür edirəm".
İsmayıl İsmayılov yarış iştirakçılarına uğurlar arzulamışdır. O demişdir: "Hər birimizə yaxşı məlumdur ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən taekvondonun inkişafı üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılmışdır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin taekvondoya dövlət səviyyəsində diqqətinin və qayğısının göstəricisidir. Son zamalar Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarından medallarla qayıtmaları çox sevindirici haldır".
Atanasios Proqalos taekvondonun bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayıldığını bildirmişdir. Bakıda keçirilən Avropa Kubokunun təşkilinin, bu qədər idmançı və məşqçilərin tədbirdə iştirakının buna əyani misal olduğunu vurğulamışdır. ETU prezidenti yüksək təşkilatçılığa görə, Azərbaycan Taekvondo Federasiyasına təşəkkürünü bildirmişdir.
Kəmaləddin Heydərov və Atanasios Proqalos xatirə hədiyyələrini mübadilə etmişlər.
Açılış andiçmə mərasimi ilə davam etdirilmişdir. İdmançılar adından Azərbaycan taekvondoçuları Ramil Əzizov və Nigar Hacıyeva, hakimlər adından isə Ramal Kamalov və gürcüstanlı Mariya Merkuri and içmişlər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Avropa Kuboku yarışı açıq elan edilmişdir.
Tədbir bədii hissə ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında