İdman

"Azərreyl", "Qalatasaray", "Uraloçka"...
Azərbaycan, Türkiyə və Rusiyanın bu üç klubunun, eləcə də Rusiyanın digər təmsilçisi "Zareçye-Odintsovo"nun və ölkəmizin daha iki komandası "Rabitə" və "Lokomotiv"in iştirakı ilə Bakıda keçiriləcək qadın voleybolçuların beynəlxalq turniri idman həvəskarlarımıza maraqlı görüşlər vəd edir.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq bu yarışda tamaşaçılar hər gün üç oyunun şahidi olacaqlar. Turnirə noyabrın 2-də start veriləcək, qalib və mükafatçılar isə bundan beş gün sonra məlum olacaq. Yarışın birinci günü "Lokomotiv" - "Uraloçka", "Azərreyl" - "Qalatasaray" və "Rabitə" - "Zareçye-Odintsovo" görüşləri oynanılacaq.

{nl}

"Dinc" nəticələr turu
Çin Xalq Respublikasının Nansizn şəhərində başa çatmaqda olan 22-ci kateqoriyalı superturnirin səkkizinci turunda qrossmeysterlər "dinc" əhval-ruhiyyədə olmuş və hər üç görüşdə heç-heçəyə razılaşmışlar. Azərbaycan şahmatçısı Vüqar Həşimov fransız Etyen Bakro ilə, çinli Van Yue norveçli Maqnus Karlsenlə, Vişvanatan Anand (Hindistan) Veselin Topalovla (Bolqarıstan) xalı yarı bölmüşlər.
Dünən keçirilən doqquzuncu tur ərəfəsində turnir cədvəlinə başçılıq edən Karlsen 5,5 xal toplamışdı. İkinci-üçüncü yerləri bölüşdürən Bakro və Anand liderdən 1 xal geri qalırdılar, Həşimovla Topalovun 3,5, Van Yuenin 2,5 xalı var idi.
Dünənki turda Həşimov ağlarla dünya çempionu Ananda qarşı oynamışdır.

{nl}

Azərbaycanın üç şahmatçısı medallara çox yaxındır
Yunanıstanda keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatında ən azı üç təmsilçimiz medal qazanmaq imkanını özündə saxlayır. Əgər onlar finişdə də uğurlu çıxışlarını davam etdirsələr, Azərbaycana mükafatla qayıdacaqlar.
Son iki tur qarşısında 14 yaşlı oğlanların turnirində liderlik edən Kənan İzzətin 7,5 xalı vardır. Azərbaycan şahmat məktəbinin gənc yetirməsi ikinci pillədə olan Litva nümayəndəsindən yarım xal irəlidədir. Doqquzuncu turda Kənan məhz bu rəqibinə qalib gəldikdən sonra birinci pilləyə yüksəlmişdir.
Nərmin Kazımova isə 18 yaşlı qızların dünya çempionatında doqquz görüşdə 7,5 xal toplamışdır. O da ikinci-beşinci mövqelərdə olan Peru, Ukrayna, Gürcüstan və Hindistan şahmatçılarını yarım xal qabaqlayır.
Doqquzuncu turda hindistanlı rəqibi ilə heç-heçə oynayan Abdulla Qədimbəyli də 7,5 xala malikdir. Bu şahmatçımız hesabında 8 xal olan ukraynalı lider Kirill Şevçenkodan sonra ikinci yeri tutur.
Dünən sonuncudan əvvəlki, onuncu turun görüşləri keçirilmişdir. Dünya çempionatına bu gün 11-ci turla yekun vurulacaqdır.

{nl}

Həmyerlilər qələbə ilə başladılar
Şahmatçılarımız Eltac Səfərli və Cahangir Ağarəhimov Moskvada keçirilən Mixail Çiqorinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirə qələbə ilə başlamışlar. Birinci turda onların hər ikisi rusiyalı rəqiblərlə görüşmüşdür. Səfərli ağlarla Pyotr Letova, Ağarəhimov isə qaralarla Dmitri Qantseviçə qalib gəlmişlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında