İDMAN

Rapiddə səkkizinci,
blitsdə onuncu

 

Azərbaycan  şahmatçısı Teymur Rəcəbov FİDE-nin sürətli  şahmatın  rapid və blits  növləri üzrə dekabr  ayı  üçün  reytinq  cədvəllərində  birinci onluqda yer almışdır. Qrossmeysterimiz  rapiddə 2788  əmsalla səkkizinci,  blitsdə 2800  xalla  onuncu  pillədədir.

Rapiddə siyahıya norveçli Maqnus  Karlsen (2873) başçılıq  edir, blitsdə isə  ən yaxşı göstəriciyə  ABŞ  təmsilçisi Hikaru Nakamura (2884)  malikdir.

 

Qədir Hüseynov  və
onun  11 rəqibi

 

Dekabrın 6-da  İsrailin  Aşdod  şəhərində  başlanacaq Peşəkar Şahmatçılar Assosiasiyasının  rapid  üzrə "Masters"  turnirində 12 qrossmeyster, o cümlədən  hazırda  bu növdə  dünya  reytinqində 25-ci  mövqedə olan  azərbaycanlı Qədir Hüseynov (2732)  mübarizə  aparacaqdır.

Turnirdə onun  rəqibləri ukraynalılar  Vasili İvançuk,  Pavel Elyanov, Rusiya  şahmatçıları Yan Nepomnyaşi,  Dmitri  Yakovenko,  israilli  qrossmeysterlər  Boris Gelfand, İlya Smirin, Emil Sutovski, macar  Rixard Rapport, Başkaran Adxiban (Hindistan), Etyen Bakro (Fransa) və  Samuel Sevyan (ABŞ) olacaq.

İlkin  mərhələdə  turnir  hərəsində altı iştirakçı olmaqla iki  qrupda  keçiriləcək, sonra isə yarımfinal və final görüşləri  oynanılacaq.

 

“Anderlext”in uğursuzluğu

 

UEFA Avropa Liqası turnirinin  qrup  mərhələsində  Azərbaycanın “Qarabağ”  klubunun  rəqibi  Belçikanın “Anderlext”  komandası öz ölkəsinin  kubok yarışlarının səkkizdəbir  final  mərhələsində  məğlubiyyətlə  barışmalı olmuşdur. Səfərdə “Kortreyk”  klubuna 2:4  hesabı  ilə  uduzan “Anderlext”  bununla da dörddəbir finaldan  kənarda qalmışdır.

Ağdam  klubu isə  Azərbaycan  kuboku yarışlarında  yoluna  davam edəcək.  Səkkizdəbir final mərhələsində “Şəmkir”ə iki cavabsız qolla  qalib gələn “Qarabağ”  dörddəbir finalda “Sumqayıt”la  qarşılaşacaq.  Sumqayıtlılar səkkizdəbir finalda “Neftçala” ilə görüşdə 1:0  hesabı ilə  qələbə qazanmışlar.

Xatırladaq ki, Avroliqanın  qrup  mərhələsinin  sonuncu  turunda  hər iki rəqib üçün prinsipial əhəmiyyətə  malik “Anderlext” --  “Qarabağ” görüşü dekabrın 10-da  Brüsseldə  keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında