Güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin açılış mərasimi

Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin (DGB) idarə heyətinin üzvü Namiq Əliyev, DGB-nin baş katibi Mişel Dusson, Dağıstanın Baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bədii hissə ilə başlayan mərasimdə tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Sonra Azərbaycan güləşçilərinin uğurlarını əks etdirən videoçarx nümayiş olunub, turnirdə iştirak edən ölkələrin bayraqları meydana gətirilib.

DGB-nin baş katibi Mişel Dusson çıxış edərək belə mötəbər turnirin yüksək səviyyədə təşkilindən və Azərbaycanda olmasından məmnunluğunu bildirib, bunun üçün AGF-yə minnətdarlıq edib. O, güləşin dünya idmanı tarixində önəmli yer tutduğunu vurğulayıb, idmançılara, məşqçilərə və hakimlərə uğurlar arzulayıb.

Namiq Əliyev artıq səkkizinci ildir “Qızıl Qran-pri” beynəlxalq turnirinin keçirilməsini Azərbaycana həvalə etdiyinə görə DGB-yə minnətdarlığını bildirib. O, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısından danışıb. N.Əliyev dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Qeyd edib ki, məhz Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. AGB-nin birinci vitse-prezidenti tarixdə ilk dəfə keçirilmiş Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini xatırladıb. Azərbaycan idmançılarının beynəlxalq arenalarda mühüm qələbələr qazandığını söyləyən N.Əliyev yarışın bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra Azərbaycanının dövlət himni səsləndirilib.

Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov ölkələrimiz arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun xüsusi diplomla təltif edildiyini bildirib.

Abdusamad Həmidov diplomu Namiq Əliyevə təqdim edib.

DGB-nin baş katibi M.Dusson güləşin inkişafındakı xidmətlərinə görə A.Həmidova təmsil etdiyi qurumun xüsusi hədiyyəsini verib.

AGF-nin birinci vitse-prezidenti N.Əliyev isə Dağıstanın Baş nazirinə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin xüsusi hədiyyəsini təqdim edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında