Azərbaycan cüdoçularının “Çin qızılları”

Ölkəmizin tatami ustaları Çin Xalq Respublikasının Tsindao şəhərində keçirilən “Qran-pri” turnirinin elə birinci günü iki qızıl medal qazanmışlar.

Cüdo aləmində ən mötəbər yarışlardan biri hesab edilən və XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu mötəbər yarışın startında təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) fərqlənmişlər. Onlar bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirərək fəxri kürsünün zirvəsinə yüksəlmişlər.

Dünən isə daha üç cüdoçumuz Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli (hər ikisi 81 kq) tatami üzərinə dəvət olunmuşlar.

Orucov yalnız finalda uduzub, gümüş medal qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında