Azərbaycan-Küveyt əlaqələri genişlənir

Azərbaycanda rəsmi səfərdə olan Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri general Feysəl Musaid əl-Cəzzaf "Həyat park" mətbuat mərkəzində respublika jurnalistləri ilə dəyirmi masa arxasında söhbət etmişdir.
O, mətbuat işçilərini salamlamış və Azərbaycanın tərəqqisi ilə əlaqədar böyük uğurlardan, Bakıda şahidi olduğu yeniliklərdən fərəhlə danışmışdır.
General Feysəl Musaid əl-Cəzzaf Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işləri xüsusi vurğu ilə qeyd etmiş, Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qarşılıqlı əlaqələrindən, birgə həyata keçirdiyi tədbirlərdən məlumat vermişdir.
Qonaq bildirmişdir ki, onun Azərbaycana səfərinin məqsədi iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək və daha da möhkəmləndirməkdir. Bu məsələlər barədə Küveyt dövlətinin saziş layihəsi var. Bu sazişi Azərbaycanlı həmkarlarımızla imzalayacağıq. Bu imkanı və şəraiti bizə yaradan Azərbaycan Respublikası rəhbərliyinə, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığımızı bildiririk.
Küveytin nümayəndə heyətinin rəhbəri qəzet və televiziya jurnalistlərinin çoxsaylı suallarına cavab vermişdir. Tədbirdə Küveytin Azərbaycandakı səfiri Cəssan Əbdülbari əl-Zəvavi, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər.

{nl}

İ. ƏMƏNULLAYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında