İdman xəbərləri

Podqoritsada yığmamızı çətin sınaq gözləyir
İyirmi gündən sonra Azərbaycan milli komandasının futbolçuları yenidən beynəlxalq meydana çıxacaqlar. Bu dəfə yığmamız Çernoqoriyanın Podqoritsa şəhərində həmin ölkənin komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Noyabrın 17-də keçiriləcək bu oyun Bakı vaxtı ilə saat 16-da başlanacaq.
Qarşıdakı görüş Azərbaycan futbolçuları üçün çox çətin sınağa çevriləcək və ondan müəyyən fayda götürmək olar. Belə ki, Çernoqoriya yığması Avropa çempionatı - 2012-nin seçmə yarışlarında uğurla çıxış edir. İngiltərə, İsveçrə, Bolqarıstan və Uels komandaları ilə birlikdə "G" qrupunda mübarizə aparan Çernoqoriya futbolçuları dörd oyunda 10 xal toplayaraq qrupun turnir cədvəlinə başçılıq edirlər.

{nl}

"Əskişəhərspor" artıq 13-cü pillədədir
Tərkibində Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi "Əskişəhərspor" klubunun Türkiyə milli futbol çempionatında ardıcıl ikinci qələbəsi turnir cədvəlində bu komandanın mövqeyini xeyli yaxşılaşdırmışdır. "Əskişəhərspor"un doqquzuncu turda rəqib meydanında "Karabükspor" ilə görüşdə müvəffəqiyyəti (2:1) onun cədvəldə bir qədər də irəliləməsinə imkan vermişdir. Hazırda komanda 9 xalla 13-cü yerdədir.
Çempionatda lider isə 23 xala malik "Bursaspor"dur. Oktyabrın 29-da - noyabrın 1-də keçiriləcək onuncu turda "Əskişəhərspor" öz meydanında "Ankaragücü" komandasını (9 oyun, 13 xal) qəbul edəcək.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında