İdman

Nərmin və Abdulla: dünya çempionatında altı görüşdə 5,5 xal
Yunanıstanın Halkidiki şəhərində keçirilən 8-10-12-14-16 və 18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatının iştirakçıları 11 turdan ibarət məsafədə yolun yarısını artıq qət etmişlər. Turnir cədvəllərində liderlər qrupunda yer almış rəqiblər sırasında Azərbaycan şahmat məktəbinin gənc yetirmələri də vardır.
Nərmin Kazımova 18 yaşlı qızların çempionatında inamla çıxış edir. Altı görüşdən beşində İspaniya, Avstriya, Xorvatiya, Serbiya və Vyetnam təmsilçilərinə qalib gələn, bir oyunda isə rumıniyalı İrina Bulmaqa ilə heç-heçəyə razılaşan təmsilçimiz 5,5 xalla vahid liderdir. İkinci yeri tutan Bulmaqa ondan yarım xal geri qalır.
Səkkiz yaşlı oğlanların turnirində Abdulla Qədimbəylinin də altı görüşdən sonra 5,5 xalı vardır. O, Monqolustan, Ukrayna, Özbəkistan, Rusiya və Fransa nümayəndələri üzərində qələbə qazanmış, Bosniya və Herseqovina şahmatçısı ilə heç-heçə oynamışdır. Arxada qalan turlarda yalnız yarım xal itirən Abdulla turnir cədvəlində ikinci mövqedədir. Lider isə 6 xala malik ukraynalı Kirill Şevçenkodur. Dünən keçirilən yeddinci turda Qədimbəylini bu şahmatçı ilə görüş gözləyirdi.
Ülvi Bacaraninin 16 yaşlı oğlanlar qrupunda birinci onluqda olduğunu da qeyd edək. O, 4,5 xal toplamışdır və polşalı lider Kamil Draqundan bir xal geri qalır.

{nl}

Azərbaycan şahmatçıları Moskva turnirində
Dünən Rusiya paytaxtında"Moskva" mehmanxanasında Mixail Çiqorinin xatirəsinə həsr edilmiş sayca 17-ci şahmat turnirinə start verilmişdir. Yarış iştirakçıları ilk iki gündə sürətli oyunda qalib və mükafatçıları müəyyənləşdirəcək, oktyabrın 28-dən noyabrın 5-dək isə "klassik" şahmatda qələbə uğrunda mübarizə aparacaqlar.
Sankt-Peterburq Şahmat Federasiyasının saytında verilmiş ilkin siyahıda xatirə turnirində 24 ölkədən 232 rəqibin mübarizə aparacağı bildirilir. Onların 60 nəfərdən çoxu qrossmeysterdir. Siyahıda Azərbaycan şahmatçıları Qədir Hüseynov, Eltac Səfərli, Zaur Məmmədov və Cahangir Ağarəhimovun da adları vardır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında