İDMAN

“Qarabağ” qalib də gələ bilərdi

 

UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin dördüncü turuna təsadüf edən “Qarabağ”-"Monako" görüşündən sonra tərəflər meydandan “dinc” nəticə (1:1) ilə ayrılsalar da, qeydə alınmış heç-heçə, şübhəsiz, məşhur Fransa klubunu daha çox qane etdi. Çünki birinci hissənin axırına yaxın, Azərbaycan çempionunun kapitanı Rəşad Sadıqovun ideal ötürməsindən sonra onun komanda yoldaşı Armenteros yüksək ustalığı sayəsində hesabı açmışdısa, ikinci 45 dəqiqədə İbrahim Şehiçlə təkbətək çıxan Kavaleyrunun cavab topunu (qapıçımızın qaytardığı top ona dəyib qapıya daxil oldu) bir qədər nadir və gözlənilməz qollara aid etmək olar.

Oyunu, xüsusən də çoxsaylı kəskin hücumlarla yadda qalan birinci hissəni yüksək səviyyədə keçirən Ağdam klubu, həqiqətən, qələbəyə layiq idi. Lakin həmin axşam qazanılmış bir xal da pis nəticə deyil və “Qarabağ” pley-off mərhələsinə vəsiqə uğrunda mübarizəni hələ davam etdirəcək.

Bu turda “J” qrupunun digər görüşündə “Tottenhem” (İngiltərə) “Anderlext”ə (Belçika, 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlində 7 xalla birinci mövqeyə yüksəlmişdir. “Monako”nun 6, “Qarabağ”la “Anderlext”in hərəyə 4 xalı vardır.  Noyabrın 26-da keçiriləcək beşinci turda Azərbaycan futbolçuları ingilisləri qəbul edəcəklər.

“C” qrupundakı təmsilçimiz “Qəbələ”nin Almaniyanın Dortmund şəhərində “Borussiya”ya uduzduğu (0:4) axşam qrupun daha bir matçında Rusiyanın “Krasnodar” komandası PAOK (Yunanıstan) üzərində qələbə qazanmışdır-2:1.

Almanlar (10 xal) növbəti mərhələyə vəsiqəni artıq özlərinə təmin etmişlər. Hələlik ikinci vəsiqəyə 7 xala malik “Krasnodar” daha yaxındır. Yunanıstan klubunun 3, “Qəbələ 1 xalı vardır. Noyabrın 26-da Qəbələ futbolçuları PAOK-un qonağı olacaqlar.

 

Məhəmməd Muradlı zirvədə!

 

Azərbaycan şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı Yunanıstanda yenicə başa çatmış yeniyetmələr arasında dünya birinciliyində əla çıxış edərək özünü və ölkəmizi qızıl medalla sevindirmişdir.

Həmvətənimiz 12 yaşadək iştirakçılar qrupunda 11 mümkün xaldan 9 xal toplamış (8 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət) və fəxri kürsünün zirvəsinə yüksəlmişdir. İkinci-üçüncü mükafatçılar hindistanlı Sarin Nihal və ABŞ təmsilçisi David Lenq də finişə 9 xalla çatmışlar. Lakin əlavə göstəricilərə görə birinci yeri Muradlı tutmuşdur. Məhəmmədin sonuncu turda qara fiqurlarla rusiyalı Arseni Nesterova qalib gəldiyini də qeyd edək.

Çempionatın medalları uğrunda 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar mübarizə aparmışlar. M.Muradlının 12 yaşlılar qrupunda böyük müvəffəqiyyəti medal qazanmış ölkələrin siyahısında Azərbaycanı dördüncü yerə çıxarmışdır. İlk üç yerə isə Hindistan (5 qızıl, 3 gümüş, 3 bürünc mükafat), İran və Bolqarıstan (hərəyə 1 qızıl  və 1 bürünc medal) sahib olmuşlar. Çempionatda cəmi 17 ölkə şahmatçıları medal qazana bilmişlər.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında