Yanvarda Hollandiyada...

Gələn il yanvarın 15-dən 31-dək Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” beynəlxalq şahmat turniri keçiriləcəkdir. Sayca 78-ci dəfə təşkil olunacaq bu ənənəvi yarışda 14 məşhur zəka sahibi, o cümlədən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iştirak edəcək.

Turnirdə təmsilçimizin rəqiblərindən 11-i artıq məlumdur. Bunlar norveçli dünya çempionu Maqnus Karlsen, ABŞ-dan Fabiano Karuana və Uesli So, Çin şahmatçıları Din Lijen, Vay İ, Hou İfan, hollandlar Aniş Giri, Lük van Veli, rusiyalı Sergey Karyakin, Maykl Adams (İngiltərə) və David Navaradır (Çexiya).

Veyk-an-Zee turnirinin qalan iki iştirakçısı dekabrın əvvəlində məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında