Azərbaycan güləşçiləri Avropa Millətlər Kuboku turnirində

Bu gün Moskvada güləş aləmində maraqla gözlənilən Avropa Millətlər Kuboku turnirində ilk görüşlər keçiriləcək. Fəxri mükafat uğrunda yarış sahibləri Rusiya idmançıları ilə yanaşı, Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa və Almaniya kollektivləri mübarizə aparacaqlar.

Üç gün davam edəcək turnirdə birinci olaraq qadınlardan ibarət komandalar qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Azərbaycan güləşçiləri Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə yığmaları ilə üz-üzə gələcəklər.

Sonra xalça üzərinə sərbəst güləş ustaları və yunan-Roma üsulu ilə güləşənlər dəvət olunacaqlar. “Sərbəstlərimizin” rəqibləri Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları olacaq, “klassiklərimiz” isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə kollektivləri ilə görüşəcəklər.

“Lujniki” Olimpiya Kompleksinin “Drujba” universial idman zalında keçiriləcək yarışlara noyabrın 8-də yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında