“Bayrağımız qürur mənbəyimizdir!”

9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəymizdir!” devizi ilə Bakıda velosiped yürüşü keçiriləcəkdir.

Bu tədbiri Milli Velosiped İdmanı Federasiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi birgə təşkil edəcəklər. Noyabrın 7-nə təyin edilmiş yürüşə saat 11:30-da Dövlət Bayrağı Meydanında start veriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat xidmətinin bu barədə yaydığı məlumatda həmçinin bildirilir ki, yürüş iştirakçıları Dövlət Bayrağı Meydanı – Azneft prospekti-Dəniz limanı-Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər.

Şübhəsiz, qarşıdakı tədbir velosiped idmanı həvəskarları üçün əsl bayrama çevriləcək və onların sıralarının bir qədər də genişlənməsinə növbəti təkan verəcək. Dövlət Bayrağı Gününə həsr edilən yürüş həm də son illər ölkəmizdə idmanın bu növünün inkişafına göstərilən böyük qayğı və diqqətin daha bir təzahürüdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında