İdman

Medallar son anda itirildi
Azərbaycanın "SOCAR" komandası Bolqarıstanın Plovdiv şəhərində başa çatmış şahmat üzrə klublararası Avropa çempionatının yekun cədvəlində dördüncü yerlə kifayətlənmişdir. Hərçənd təmsilçimiz son anadək medallara çox yaxın olmuşdur.
Sonuncu, yeddinci turda Azərbaycan klubu Rusiyanın "Şaxmatı 64" komandası ilə görüşdə Şəhriyar Məmmədyarovun Boris Gelfand üzərində qələbəsindən, Teymur Rəcəbov - Sergey Karyakin, Aleksandr Qrişuk - Fabiano Karuana, Rüstəm Qasımcanov - Boris Savçenko, Maksim Vaşye-Laqrav - Yevgeni Nayer qarşılaşmalarında qeydə alınan heç-heçələrdən sonra matçda ümumi qələbənin bir addımlığında idi. Lakin son anda Aleksey Şirovun Aleksandr Ryazantsevə uduzması medalları bayram etməyə imkan vermədi. Matç 3:3 hesabı ilə heç-heçə başa çatdı.
Nəticədə "SOCAR" Avropa çempionatında 11 xalla dördüncü yeri tutmuşdur. Müvafiq surətdə gümüş və bürünc medallara sahib olmuş Rusiyanın "Yuqra" və Ukraynanın "A DAN DZO-PQMB" komandaları da bir o qədər xal toplamışlar. Lakin onlarda əlavə göstəricilər daha yaxşı olmuşdur. Çempion adını isə 13 xalla "Ekonomist" (Rusiya) komandası qazanmışdır.{nl}

Dörd heç-heçə, bir məğlubiyyət
Qrossmeyster Vüqar Həşimov Çin Xalq Respublikasının Nansizn şəhərində altı rəqibin iştirakı ilə keçirilən və mükafat fondu 250 min avro olan "Böyük dəbilqə" yarışlarının birinci mərhələsinin birinci dövrəsini 2 xalla dördüncü yerdə başa vurmuşdur. O, bolqarıstanlı Veselin Topalov və çinli Van Yue ilə heç-heçə oynadıqdan sonra fransız Etyen Bakroya uduzmuş, növbəti iki görüşdə isə Maqnus Karlsen (Norveç) və Vişvanatan Anandla (Hindistan) heç-heçəyə razılaşmışdır.
Superturnirin birinci yarısının qalibi Karlsen olmuşdur - 4 xal. İkinci pillədə irəliləyən Bakronun 3,5, üçüncü mövqedə olan Anandın 2,5 xalı vardır. Beşinci - altıncı yerləri bölüşdürən Topalovla Van Yue 1,5 xal toplamışlar.
Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək altıncı turda Həşimov ağlarla Topalova qarşı oynayacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında