Birinci dövrə finişin astanasında

"Qəbələ" - AZAL - 0:0, "Neftçi" - "Gəncə" - 6:2, "Xəzər-Lənkəran" - "Turan" - 2:0, "İnter" - "Bakı" - 1:0, "Muğan" - "Qarabağ" - 0:0, MOİK-"Simurq" - 0:2.
Azərbaycan futbolunun premyer liqasının onuncu turunda qeydə alınmuş bu nəticələrdən sonra turnir cədvəlində liderlər qrupunda elə bir ciddi dəyişiklik baş verməmişdir. "Neftçi" və "Xəzər-Lənkəran" növbəti qələbələr sayəsində ilk iki pillədə öz mövqelərini qoruyub saxlamışlar. Təkcə AZAL-ın Qəbələdə heç-heçə oynamasından istifadə edən "İnter" üçüncü pillədə "təyyarəçilərlə" yerini dəyişmişdir. MOİK-lə görüşdən Zaqatalaya 3 xalla qayıdan "Simurq"un bu çempionatda ilk qələbəsini də qeyd edək.
O Q H M T X
1."Neftçi" 10 7 2 1 23-6 23
2. "Xəzər-Lənkəran" 10 6 3 1 12-5 21
3. "İnter" 10 6 1 3 8-8 19
4. AZAL 10 5 3 2 14-6 18
5. "Qarabağ" 10 5 3 2 12-6 18
6. "Qəbələ" 10 4 2 4 8-7 14
7. "Gəncə" 10 3 5 2 17-15 14
8. "Bakı" 10 3 3 4 12-13 12
9. "Muğan" 10 2 4 4 6-9 10
10. "Simurq" 10 1 3 6 9-18 6
11. MOİK 10 1 1 8 4-22 4
12. "Turan" 10 0 4 6 7-17 4
Birinci dövrəyə oktyabrın 30-da ("Turan" - MOİK, AZAL - "Muğan", "Qarabağ" - "Xəzər-Lənkəran") və oktyabrın 31-də ("Bakı" - "Neftçi", "Gəncə" - "Qəbələ" və "Simurq" - İnter") keçiriləcək 11-ci turun oyunları ilə yekun vurulacaqdır.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında