İdman

Dünya çempionatından iki medalla

 

Azərbaycan idmançıları Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilmiş gənclər arasında cüdo üzrə dünya çempionatında iki bürünc medal qazanmışlar. Bu mükafatlara 66 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və Firudin Dadaşov (90 kq) sahib olmuşlar.

Onların uğurları sayəsində yığma kollektivimiz komanda hesabında 18-ci yeri tutmuşdur. Çempionat Yaponiya cüdoçularının böyük üstünlüyü ilə əlamətdar olmuşdur. Gündoğar ölkənin təmsilçiləri 6 qızıl, 4 gümüş və 2 bürünc mükafat qazanmışlar.

İndi isə həmin Əbu-Dabidə usta cüdoçular arasında "Böyük dəbilqə" turniri start ərəfəsindədir. Doxsandan çox ölkə nümayəndələrinin mübarizə aparacağı yarışda (30 oktyabr-1 noyabr) Azərbaycanın da bir qrup tatami ustası iştirak edəcək.

 

Voleybol həyəcanları başlayır

 

Qadınlardan ibarət voleybol klublarımız yeni mövsümdə avrokuboklar uğrunda mübarizədə çıxışlarına başlayırlar.

Artıq bu gün Azərbaycanın iki klubu Çempionlar Liqası turnirinin qrup mərhələsində ilk oyunlarını keçirəcək. "A" qrupunda yer almış "Azərreyl" Bakıda "Ştutqart"ı (Almaniya) qəbul edəcək, "Lokomotiv" isə səfərdə Rusiyanın "Dinamo" (Kazan) kollektivinin qonağı olacaq.

Bu turnirdə daha bir komandamız "Telekom" meydana sabah çıxacaq. Azərbaycan voleybolçuları ilk oyunda paytaxtımızda "İmpel Vrotslav" (Polşa) ilə "münasibətləri aydınlaşdıracaqlar".

 

Təmsilçilərimiz liderlər qrupunda

 

Yunanıstanda keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinin start turları Azərbaycan şahmatçıları üçün uğurlu olmuşdur. Təmsilçilərimiz bir neçə yaş qrupunda maksimum nəticə göstəmişlər.

Səkkiz yaşlı oğlanların turnirində Riad Səmədov, 10 yaşlı iştirakçılar qrupunda Xəzər Babazadə, 12 yaşlıların yarışında Məmməd Muradlı və Əhməd Əhmədzadə iki görüşdə 2 xal toplamışlar.

Qızların yarışında isə 8 yaşlılar qrupunda Samra Qasımova, 10 yaşlılar arasında Ayan Allahverdiyeva və 18 yaşlıların turnirində Aytən Əmrayeva hərəyə iki qələbə qazanmışlar.

On bir turdan ibarət dünya birinciliyinə noyabrın 5-də yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında