Bu dəfə gümüş mükafat

Makedoniyanın paytaxtı Skopyedə  şahmat üzrə klublararası Avropa  kuboku  yarışı  Rusiyanın “Sibir”  komandasının  qələbəsi ilə başa çatmışdır. Çempion 14  mümkün  xaldan 13  xal toplamışdır. Bu  turnirin  ötənilki qalibi “SOCAR - Azərbaycan” bu  dəfə  gümüş  medallarla  kifayətlənmişdir — 11  xal. Lakin 50 komandanın iştirak etdiyi belə mötəbər yarışda  ikinci yer də kiçik  müvəffəqiyyət  deyil.

Finişə üçüncü  çatan “Medniy Vsadnik” də (Rusiya) 11 xal toplamış,  ancaq  əlavə göstəricilərə görə təmsilçimizdən  geri  qalmışdır. Azərbaycanın  digər klubu “Odlar Yurdu” 8  xalla 13-cü  olmuşdur.

“SOCAR — Azərbaycan”  turnirdə Teymur  Rəcəbov,  Şəhriyar Məmmədyarov, Rauf  Məmmədov, Eltac Səfərli, habelə Veselin Topalov (Bolqarıstan), Fabiano Karuana (ABŞ), Aniş Giri (Hollandiya)  və Maykl Adamsdan (İngiltərə) ibarət heyətlə  çıxış etmişdir. “Odlar Yurdu”nun  şərəfini  isə bütünlüklə Azərbaycan şahmat məktəbinin  yetirmələri — keçmiş bakılı, hazırda İsraildə yaşayan Emil Sutovski, Vasif Durarbəyli, Vüqar Rəsulov, Qədir Hüseynov, Ülvi  Bacarani, Nicat Abbasov, Nicat Məmmədov və Zaur Məmmədov qorumuşlar.

“SOCAR — Azərbaycan” komandasının  üzvü Adamsın dördüncü taxtada ən yaxşı  nəticə göstərərək (6 oyunda 5 xal)  xüsusi mükafata  layiq  görüldüyünü də qeyd  edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında