“Zirə” hünəri, “Sumqayıt” cəsarəti

Topaz Premyer Liqasında birinci dövrənin  sonuncu, doqquzuncu turu  gözlənilməz  nəticələr,  liderlərin ciddi xal itkiləri, onların  rəqiblərinin  əzmkar  oyunu  ilə yadda qalacaq. “Zirə” Qəbələdə eyniadlı yerli kluba qarşı  görüşdə  qol vura bilməsə də, öz  qapısından da top  buraxmamış (0:0), “Sumqayıt” isə daha  böyük  cəsarət göstərib  pərəstişkarlarını “Qarabağ” üzərində  qələbə ilə sevindirmşidir — 1:0.

Turun  daha bir  əsas xüsusiyyəti “doğma divarlar” arasında  oynayan  komandaların böyük  uğurudur (dörd qələbə,  bir heç-heçə). Səfərdə çıxış edən  klublardan təkcə “Zirə” rəqib meydanında xal  qazanmağı bacarmışdır. AZAL-"Neftçi" (2:1), “Kəpəz” — “Xəzər-Lənkəran” (1:0), “İnter” — “Rəvan” (2:0) görüşlərində  qələbələri  meydan  sahibləri bayram  etmişlər.

Bu oyunlardan sonra turnir  cədvəlində “ikihakimiyyətlilik” yaranmışdır. “Qəbələ”  və “Qarabağ” onuncu  tura 20 xalla  başlayacaqlar. Liderlər üçlüyünü  tamamlayan “İnter” 17  xal toplamışdır.

Futbolumuzun Premyer  Liqasında özünün birinci  mövsümünü  keçirən “Zirə”nin (16 xal) dördüncü, uzun fasilədən sonra yenidən  ən güclü klublarımızla bir sırada oynayan “Kəpəz”in (14) beşinci pillələrdə addımlamaları da diqqəti  cəlb edir. Cədvəlin ikinci yarısında qərar tutan komandaların isə birinci dövrədə qazancları belə olmuşdur: “Neftçi” və “Xəzər-Lənkəran” — hərəyə 9, “Sumqayıt” — 8, AZAL — 7, “Rəvan” — 2 xal.

Çempionatın ikinci dövrəsinə oktyabrın 28-də “Rəvan” — “Qarabağ”, “Xəzər-Lənkəran” —  “Sumqayıt”, “Neftçi” —  “İnter”, “Zirə” —  “Kəpəz”  və “Qəbələ” — AZAL görüşləri ilə start veriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında